AKINCI TİHA səsdən sürətli raket buraxılışını sınaqdan keçirib
"Bayraktar AKINCI" hücum pilotsuz uçuş aparatı (TİHA) Roketsanın PUA-122 raketi ilə səsdən sürətli raket atış sınağını müvəffəqiyyətlə tamamlayıb.
"Bayraktar AKINCI" hücum pilotsuz uçuş aparatı (TİHA) Roketsanın PUA-122 raketi ilə səsdən sürətli raket atış sınağını müvəffəqiyyətlə tamamlayıb.
Mövzu ilə bağlı Baykar şirkətinin "X" platformasında etdiyi paylaşımda
atış sınaqının görüntüləri yer alıb.
Roketsan tərəfindən hazırlanan PUA-122 raketi yüksək zərbə dəqiqliyinə, sürətli atəş gücü dəstəyinə, aşağı/yüksək hündürlükdə orbit seçiminə və yüksək manevr qabiliyyətinə malikdir.
Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar "Bayraktar AKINCI"-nın PUA-122 raketi ilə atış sınağı görüntülərini "X" hesabında "Türk Aviasiyasının Qızıl Çağı" başlığı ilə paylaşıb.
Roketsanın baş direktoru Murat İkici "X" səhifəsində etdiyi paylaşımda bunları deyib:
"Milli texnologiyamızla çəkdiyimiz marşrutda qürurla irəliləyirik. PUA-122 raketimiz AKINCI TİHA-dan atış sınağını uğurla tamamladı. Əməyi olan hər kəsi təbrik edirəm".