Türkiyənin VIII milli Antarktida elmi ekspedisiyası vətənə qayıdıb

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır elmi işləri qorumağa davam edəcəklərini bildirərək sosial media hesabında yazıb ...

2110735
Türkiyənin VIII milli Antarktida elmi ekspedisiyası vətənə qayıdıb

 

  Türkiyəli alimlər səkkizinci milli Antarktida elmi ekspedisiyasını başa vuraraq vətənə qayıdıblar.

  Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır elmi işləri qorumağa davam edəcəklərini bildirərək sosial media hesabında yazıb: “Təxminən bir ay ərzində 4-ü əcnəbi olmaqla 24 nəfərdən ibarət elmi qrup ətraf mühit və çirklənmə araşdırmaları, dəniz elminin tədqiqi, atmosfer və kosmos müşahidələri, enerji sistemləri və astrofizika kimi müxtəlif sahələrdə işlərini uğurla başa vurdu. Çoxmillətli əməkdaşlıqda həyata keçirdiyimiz işlərlə milli elmi imkanlarımızı artırır, beynəlxalq elmi ədəbiyyata mühüm töhfələr veririk.

  Antarktidadakı müvəqqəti elmi bazanın qalıcı olması və Antarktika Müqaviləsi Sisteminin əsas üzvləri arasında olması üçün işlərimizi davam etdirəcəyik”.



Әlaqәli Xәbәrlәr