Ömər Bolat Səudiyyə Ərəbistanında LEAP sərgisinin açılışında iştirak edib

Ticarət naziri Ömər Bolat Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən LEAP sərgisinin açılışında iştirak edib.

2110777
Ömər Bolat Səudiyyə Ərəbistanında LEAP sərgisinin açılışında iştirak edib

Ticarət naziri Ömər Bolat Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən LEAP sərgisinin açılışında iştirak edib.

Ömər Bolat "X" sosial media hesabındakı paylaşımında bu gün başlayan və 3 gün davam edəcək sərgi haqqında məlumat verib.

Ö.Bolat LEAP sərgisində türk şirkətlərinin pavilyonlarını ziyarət etdiklərini bildirərək deyib:

“4-7 mart tarixləri arasında Ər-Riyad Sərgi və Konqres Mərkəzində 183 ölkədən 172 mindən çox iştirakçını qəbul edən LEAP sərgisi dünyada ən çox iştirakçısı olan texnologiya tədbiri kimi tanınır və ölkəmizin şirkətlərini ilə texnologiya ekosistemlərinin bütün maraqlı tərəflərini bir araya gətirir".

Bolat qeyd edib ki, tədbir Türkiye və Səudiyyə Ərəbistanı arasında innovasiya və texnologiya mübadiləsini artırmaqla yanaşı, şirkətlər üçün də qlobal arenada markalaşmaq üçün yaxşı fürsətdir.



Әlaqәli Xәbәrlәr