Niyə kran suyu qaynadıldıqdan sonra içilməlidir?

ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları tərəfindən 2024-cü ilin yanvar ayında "Proceedings of the National Academy of Sciences (PNAS)" jurnalında dərc edilən araşdırmada yazılır ...

2109330
Niyə kran suyu qaynadıldıqdan sonra içilməlidir?

 

  Kran suyunun qaynadılması tərkibində tez-tez rast gəlinən mikroplastiklərin zərərli təsirlərini azaldır.

  “The Hill” bildirir ki, Çin alimləri suda ən çox rast gəlinən polistirol, polietilen və polipropilenin insan sağlamlığına təsirini araşdırıblar.

  Tədqiqat zamanı müəyyən edilib ki, tərkibində yüksək miqdarda kalsium karbonat (əhəngdaşı) və maqnezium olan kran suyu qaynadılarkən tərkibindəki kalsium karbonat mikroplastiklərin ətrafında toplaşaraq onları tutur və zərərsizləşdirir.

  Araşdırmada qaynar suyun mikroplastiklərin zərərli təsirlərini tam aradan qaldırmadığı, lakin nəzərə alınan 3 plastik birləşmənin ən azı 80 faizinin zərərli təsirini aradan qaldırdığı müşahidə edilib.

  Qaynadılmış kran suyunun qablaşdırılmış sudan daha təhlükəsiz olduğu və plastik çirklənmənin sağlamlığa mənfi təsirlərindən bəzilərinin bu üsulla qarşısını almaq mümkün olduğu bildirilib.

  ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları tərəfindən 2024-cü ilin yanvar ayında "Proceedings of the National Academy of Sciences (PNAS)" jurnalında dərc edilən araşdırmada bir litr qablaşdırılmış suyun təxminən dörddə bir milyon nanoplastik olduğu ortaya çıxıb. Məqalə həm də "Environmental Research Letters" jurnalında dərc olunub.



Әlaqәli Xәbәrlәr