Antarktika materikində ilk dəfə quş qripi (H5N1) aşkar edildi

“The Guardian” qəzetinin məlumatına görə ...

2108029
Antarktika materikində ilk dəfə quş qripi (H5N1) aşkar edildi

 

  Antarktika materikində ilk dəfə quş qripi (H5N1) aşkar edilib.

  “The Guardian” qəzetinin məlumatına görə, Argentinanın Antarktika elmi-tədqiqat stansiyası “Primavera Base”nin alimləri iki ölü puffini (qütb qağayısı) tədqiq ediblər.

  Alimlər quş qripinin iki puffində müşahidə edildiyinə diqqət çəkərək bunların Antarktika materikində ilk hallar olduğunu qeyd bildiriblər.

  Antarktika Tədqiqatları üzrə Elmi Komitə Antarktidadakı Hope körfəzində də H5N1 şübhəli bəzi halların üzə çıxdığını müəyyənləşdirib.

  Araşdırma qrupunun hesabatında yazılır: "Bu, təbii sərhədlərə və qitəni digərlərindən ayıran məsafəyə baxmayaraq, H5N1 virusunun Antarktidaya çatdığı ilk dəfədir."

  Alimlər quş qripinin bütün dünyada yayılmağa davam etdiyini və virusun köçəri quşlar tərəfindən qitə materikinə gəlmiş ola biləcəyini söyləyiblər.

  Qeyd edək ki, H5N1 adlı quş qripi üzündən 2021-ci ildən bəri milyonlarla quş tələf olub.



Әlaqәli Xәbәrlәr