Neptun və Uranın ətrafında yeni peyklər aşkar edildi

Vaşinqtondakı Karnegi Elmi İnstitutunun astronomu Skot Şepard (Scott Sheppard) kiçik peykin təxminən 27 il ərzində Günəşdən ən uzaq buzlu planet olan Neptun ətrafında bir orbitini tamamladığını söyləyib ...

2106945
Neptun və Uranın ətrafında yeni peyklər aşkar edildi

 

  Astronomlar Neptun və Uranın ətrafında əvvəllər məlum olmayan peykləri aşkar ediblər.

  Günəş sistemində əvvəllər naməlum olan peyklər Havay və Çilidə teleskoplar vasitəsilə görülüb.

  Astronomlar Neptunun ətrafında fırlanan 2 peykdən başqa Uranın ətrafında daha bir kiçik peykin olduğunu aşkar ediblər.

  Beynəlxalq Astronomiya Birliyi yeni kəşflərlə Neptunun peyklərinin sayının 16-ya, Uranın isə 28-ə yüksəldiyini açıqlayıb.

  Vaşinqtondakı Karnegi Elmi İnstitutunun astronomu Skot Şepard (Scott Sheppard) kiçik peykin təxminən 27 il ərzində Günəşdən ən uzaq buzlu planet olan Neptun ətrafında bir orbitini tamamladığını söyləyib: “Yəqin ki, hələ kəşf edilməmiş çoxlu kiçik peyklər də var.”

  Güman edilir ki, Uran ətrafında fırlanan və təxmini diametri 8 kilometr olan yeni peyk planetin peykləri arasında ən kiçiyidir.



Әlaqәli Xәbәrlәr