ODTÜ-nün robot arıları texnologiyası ən yaxşı qlobal innovasiya layihəsindən oldu

Dosent Erol Şahin Aİ-nin Horizon Çərçivə Proqramı çərçivəsində dəstəklənən “Roboroyale” adlı layihələr haqqında məlumat verib ...

2104417
ODTÜ-nün robot arıları texnologiyası ən yaxşı qlobal innovasiya layihəsindən oldu

 

  Ankara Orta Doğu Texniki Universitetinin (ODTÜ) dünyada nəsli kəsilmək təhlükəsi altında olan arıları bəsləyən və pətəkləri süni intellektlə izləyə bilən robot arıları inkişaf etdirən texnologiyası Birləşmiş Ərəb Əmirliklərində keçirilən müsabiqədə iki ən yaxşı qlobal innovasiya layihəsindən biri oldu.

  Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın fəxri qonaq qismində iştirak etdiyi Dünya Hökumətləri Sammiti çərçivəsində təşkil edilən “Edge of Government” platformasının keçirdiyi yarışda 13 qlobal innovasiya layihəsi arasından ODTÜ-dən olan komanda iki ən yaxşı layihədən birini qazanıb, mükafat alıb.

  ODTÜ Robot və Süni İntellekt Texnologiyaları Araşdırma və Tətbiq Mərkəzinin (ROMER) direktoru və Kompüter Mühəndisliyi bölümü müəllimi, dosent Erol Şahin Aİ-nin Horizon Çərçivə Proqramı çərçivəsində dəstəklənən “Roboroyale” adlı layihələr haqqında məlumat verib: “Layihəni iki il əvvəl Durham Universitetinin rəhbərliyilə ODTÜ-ROMER ilə Çex Texniki Universiteti və Qraz Universitetinin də olduğu beynəlxalq konsorsium tərəfindən 20 nəfərlik Ar-Ge qrupu ilə başladıq. Arılar yoxa çıxarsa, bütün ekosistem çökmə təhlükəsi ilə üzləşər. ODTÜ olaraq ana arının qidalanma və sağlamlığını təqib edəcək, daha çox bala əldə etmələrini təmin edəcək robot arılar və pətəkləri davamlı olaraq izləyəcək süni intellekt sistemi üzərində çalışdıq. 7/24 rejimdə pətəyin içini izləyə bilən süni intellekt sistemi hazırladıq. Beləliklə, pətəkdəki arıların, xüsusilə ana arının sağlamlığını izləyə bilirik. Bundan əlavə, işçi arıları təqlid edən və ana arını xaricdən bəsləyərək idarə edə biləcəyimiz mikrorobot arıların ilk prototipini də hazırladıq. Robotlarımızın gələcəkdə pətəyi təmizləməsi, bəsləməsi və saxlaması üçün çalışırıq.

  Pətəkdə daha çox işçi arının olması ekosistem üçün mühümdür. Bu zaman daha çox tozlanma olur, ağaclar daha çox meyvə verir. Daha çox toxum - daha çox qida deməkdir. Bu baxımdan bütün ekosistemi qoruyuruq."

 



Әlaqәli Xәbәrlәr