"Baykar" şirkəti Ukraynada PUA zavodunun tikintisinə başlayıb

Türkiyenin "Baykar" şirkəti Ukraynada PUA zavodunun tikintisinə başlayıb

2099067
"Baykar" şirkəti Ukraynada PUA zavodunun tikintisinə başlayıb

Türkiyenin müdafiə sənayesi şirkəti Baykar paytaxt Kiyev yaxınlığında 500 nəfərin çalışacağı PUA zavodunun tikintisinə başlayıb. Xəbəri şirkətin idarə heyətinin sədri Haluk Bayraktar verib.

Səudiyyə Ərəbistanının təşkil etdiyi "World Defense Show"da çıxış edən H.Bayraktar deyib: "Fabrikimiz (Kiyevdə) tikilir... Tikintini başa çatdırmaq üçün təxminən 12 ay vaxt lazımdır. Bundan sonra maşın, avadanlıq və təşkilati struktur işlərinə başlayacağıq".

Ölkədə 2022-ci ildən bəri Rusiya ilə davam edən müharibə səbəbindən obyektin təhlükəsizliyində problem olub-olmayacağını soruşan jurnalistə Bayraktar “Planlarımız bütün elementləri ilə irəliləyir və heç bir halda dayanmayacağıq" cavabını verib.

H.Bayraktar həmçinin şirkətin 2024-cü ildə daxili istifadə üçün "Akıncı" istehsalını iki dəfə artırmağı planlaşdırdığını, keçən il istehsal edilən "Akıncı" sayının 36 olduğunu, 230 ədəd olan "TB2" istehsalında isə heç bir dəyişiklik olmayacağını bildirib.

Qeyd edək ki, "Baykar" şirkətinin pilotsuz təyyarələri İkinci Qarabağ Müharibəsindən (2020) sonra bütün dünyada məşhurlaşıb. Ukrayna da bu dronlardan müharibənin başladığı 2022-ci ilin fevralından istifadə edir. "Baykar" TB2-ni Ukrayna, Efiopiya, Liviya və Azərbaycan da daxil olmaqla 30 ölkə ilə tədarükü mövzusunda razılaşıb.



Әlaqәli Xәbәrlәr