“Axiom-3” ekipajının Yerə qayıdışı bir daha təxirə salındı

Məsələ ilə bağlı açıqlama verən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır "Türkiyənin ilk astronavtı Alper Gezeravcını qarşılamaq üçün bir az daha gözləyəcəyik" deyib

2097216
“Axiom-3” ekipajının Yerə qayıdışı bir daha təxirə salındı

 

  Türkiyənin ilk astronavtı Alper Gezeravcı da daxil olmaqla, “Dragon Spacecraft” və “Axiom-3” (Ax-3) ekipajının Yerə qayıdışı bir daha təxirə salınıb.

  “SpaceX” şirkətindən verilən açıqlamada Florida sahillərindəki əlverişsiz hava şəraitinin geri qayıtmaq üçün əlverişsiz olduğu bildirilib: “Dragon” kapsulunun Beynəlxalq Kosmik Stansiyanı tərk etməsi üçün ən erkən tarixin 6 fevral çərşənbə axşamı günü olması planlaşdırıldı”.

  Məsələ ilə bağlı açıqlama verən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır "Türkiyənin ilk astronavtı Alper Gezeravcını qarşılamaq üçün bir az daha gözləyəcəyik" deyib.

  Astronavt A.Gezeravcı və qrupun səfərinin təxminən 13 saat davam etməsi gözlənilir.

  Komandanı daşıyan kapsul Atlantik okeanında və Meksika körfəzinin qərbində 7 potensial nöqtədən birinə enəcək. Kapsul suya endikdən sonra astronavtlar gəmiyə götürüləcək və onların ilk müayinəsi orada aparılacaq.

  Komanda gəmidən vertolyotla hava limanına, daha sonra isə təyyarə ilə Hyustona gedəcək. Təyyarədəki həkimlər bu uçuş zamanı astronavtların ümumi müayinələrini həyata keçirəcəklər.

  Astronavtların hərtərəfli sağlamlıq müayinəsi Hyustonda olacaq və bir müddət karantində qalacaqlar.



Әlaqәli Xәbәrlәr