“İlk dəfə insan beyni implantı edildi və …” İ.Mask

Amerikanın "Neuralink" neyrotexnologiya şirkətinin qurucusu İlon Mask (Elon Musk) ilk dəfə olaraq insana beyin çipinin yerləşdirildiyini açıqlayıb

2095036
“İlk dəfə insan beyni implantı edildi və …” İ.Mask

 

  Amerikanın "Neuralink" neyrotexnologiya şirkətinin qurucusu İlon Mask (Elon Musk) ilk dəfə olaraq insana beyin çipinin yerləşdirildiyini açıqlayıb. “X” sosial media hesabındakı paylaşımında ilk dəfə “Neuralink” tərəfindən insan implantı edildiyini və yaxşılaşma prosesinin uğurlu getdiyini bildirən Mask ilk nəticələrin "ümid verici" olduğunu bildirərək deyib: “İlk “Neuralink” məhsulunun adı "Telepatiya"dır, telefon və ya kompüterin, demək olar ki, hər hansı bir cihazın sadəcə düşünərək idarə edilməsindən ibarətdir.

  İlk istifadəçilər orqanlarını istifadə qabiliyyətini itirmiş adamlar olacaq. Təsəvvür edin ki, Stiven Hokinq (Stephen Hawking) bir məmur və ya auksionçudan daha sürətli ünsiyyət qura bilir. Hədəfimiz budur”.

  Qeyd edək ki, “Neuralink” 2023-cü ilin may ayında Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) Qida və Dərman İdarəsindən (FDA) beyin çipi layihəsinin insan sınaqlarına başlamaq üçün icazə alıb. Əvvəl meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürüb.

  İlon Mask və bir qrup mühəndis tərəfindən 2016-cı ildə qurulan “Neuralink” beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji xəstəlikləri müalicə etmək və əlillərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.



Әlaqәli Xәbәrlәr