Türkiyə professoru xərçəngin qarşısını alacaq iş üçün patent alıb

Professor Birnur Akkaya xərçəng xəstəliklərində ölümə səbəb olan ən mühüm faktorlardan biri olan xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq üçün başladığı araşdırmada bir nəticəyə gəlib

2091453
Türkiyə professoru xərçəngin qarşısını alacaq iş üçün patent alıb

 

  Türkiyəli professor xərçəng hüceyrələrinin yayılmasının qarşısını alacaq iş üçün patent alıb.

  Sivas Cümhuriyyət Universitetinin müəllimi, professor Birnur Akkaya xərçəng xəstəliklərində ölümə səbəb olan ən mühüm faktorlardan biri olan xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq üçün başladığı araşdırmada bir nəticəyə gəlib. O, xərçəng və bədxassəli hüceyrələrin damar səthlərinə yapışması və yayılmasının qarşısını alan sulfatidlərə bənzər xitozan törəmə birləşmə molekulunu sintez edib.

  Professor Birnur Akkaya Türkiyə Patent və Ticarət Nişanı İdarəsinə müraciət edib. Onun "Sulfata bənzər kitosan törəmə birləşməsi" adını verdiyi ixtirası milli sertifikat da alıb.

  Elmi tədqiqat həm də “İnternational Journal Of Biological Macromolecules” jurnalında yayınlanıb.



Әlaqәli Xәbәrlәr