"İlk dəfə bir vətəndaşımız kosmosa gedir, qürur duy, Türkiyə", R.T.Ərdoğan

Sosial media hesabında Türkiyənin ilk kosmonavtı, Beynəlxalq Kosmik Stansiyada xidmət edəcək Alper Gezeravcının çəkildiyi videonu paylaşan Ərdoğan yazıb ...

2087249
"İlk dəfə bir vətəndaşımız kosmosa gedir, qürur duy, Türkiyə", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Milli Kosmos Proqramımız çərçivəsində ilk dəfə bir vətəndaşımızı kosmosa elmi missiyası ilə göndərmək məqsədimizə çatmağa çox yaxınıq. Qürur duy, Türkiyə" deyib.

  Sosial media hesabında Türkiyənin ilk kosmonavtı, Beynəlxalq Kosmik Stansiyada xidmət edəcək Alper Gezeravcının çəkildiyi videonu paylaşan Ərdoğan yazıb: "Türkiyə Milli Kosmos Proqramı çərçivəsində ilk dəfə bir vətəndaşımızı kosmosa elmi missiya üçün göndərmək məqsədimizə çatmağa çox yaxınıq. Qürur duy, Türkiyə".

  Qeyd edək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı yanvarın 17-dən 18-nə keçən gecə Türkiyə vaxtı ilə saat 01.11-də Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək. O, 14 gün qalacağı Beynəlxalq Kosmik Stansiyada kosmosda elmi araşdırmalar aparacaq.

 



Әlaqәli Xәbәrlәr