İlk türk astronavtının kosmosa gedəcəyi tarix açıqlandı

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bildirib ...

2085334
İlk türk astronavtının kosmosa gedəcəyi tarix açıqlandı

 

  Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilk türk astronavtı Alper Gezeravcının 2024-cü il yanvarın 18-də kosmosa gedəcəyini açıqlayıb.

  Alper Gezeravcı kosmik missiyada İspaniya, İtaliya və İsveçdən olan astronavtlarla birlikdə iştirak edəcək.

  Dörd nəfərdən ibarət “Ax-3” ekipajı ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “SpaceX Dragon” kosmik gəmisi ilə “SpaceX Falcon 9” raketi ilə Beynəlxalq Kosmik Stansiyaya yola düşəcəklər.

  Türkiyə vaxtı ilə uçuş 18 yanvar saat 01:11-ə təsadüf edəcək.

  Qeyd edək ki, Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

  Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır biologiya, tibb, materialşünaslıq və genetika kimi sahələrdə aparılacaq təcrübələrdən birinin Muş Elm və Sənət Mərkəzində tələbələr tərəfindən hazırlandığını bildirib.



Әlaqәli Xәbәrlәr