Türkiyənin ilk astronavtının kosmosa göndəriləcəyi tarix təxirə salındı

Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ABŞ Aviasiya və Kosmik Agentliyi – NASA-nın paylaşımına istinadən sosial media hesabında açıqlama verib ...

2079722
Türkiyənin ilk astronavtının kosmosa göndəriləcəyi tarix təxirə salındı

 

  Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmosa göndəriləcəyi tarix təxirə salındı.

  Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ABŞ Aviasiya və Kosmik Agentliyi – NASA-nın paylaşımına istinadən sosial media hesabında açıqlama verib: “Türkiyənin ilk kosmos səyahətçisi Alper Gezeravcının da qatılacağı “Ax3” missiyası əlverişsiz hava şəraiti və “SpaceX” planlarında dəyişikliklər səbəbiylə 17 yanvar 2024-cü il tarixinə təxirə salındı. Maraqlı səyahət üçün bir az daha səbirli olmalıyıq."

  NASA-nın açıqlamasında da belə yazılır: "NASA-nın “Axiom” və “SpaceX” komandaları əlverişsiz hava şəraiti və “SpaceX”in buraxılış planındakı dəyişikliklər səbəbindən yanvarın 17-dən əvvəl Kennedi Kosmik Mərkəzindən “Axiom 3” missiyasını kosmosa göndərməyi planlaşdırmır."

 



Әlaqәli Xәbәrlәr