Sosial mediadan istifadənin azaldılması psixi sağlamlığı yaxşılaşdırır

Ruhr Universiteti və Alman Ruh Sağlamlığı Mərkəzi tərəfindən aparılan araşdırmada sosial mediadan istifadənin psixi sağlamlıq və iş gücünə təsiri tədqiq edilib.

2077948
Sosial mediadan istifadənin azaldılması psixi sağlamlığı yaxşılaşdırır

Almaniyada aparılan bir araşdırma, sosial mediadan gündə 30 dəqiqə istifadənin azaldılmasının psixi sağlamlığı və işdən məmnunluğu əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını ortaya qoyub.

Ruhr Universiteti və Alman Ruh Sağlamlığı Mərkəzi tərəfindən aparılan araşdırmada sosial mediadan istifadənin psixi sağlamlıq və iş gücünə təsiri tədqiq edilib.

“Behaviour and Information Technology” jurnalında dərc olunan araşdırma çərçivəsində hamısı işləyən 166 iştirakçı 2 qrupa bölünüb.

Araşdırmadan əvvəl qruplar arasında iş yükü, işdən məmnunluq, işlərinə bağlılıq, psixi sağlamlıq, stress səviyyəsi, işdən çıxarılma qorxusu kimi mövzularda sorğu keçirilib.

Birinci qrup gündəlik sosial media vərdişlərini davam etdirərkən, ikinci qrup 1 həftə ərzində gündəlik sosial media istifadəsini 30 dəqiqə azaldıb.

Aparılan araşdırmalar nəticəsində 2-ci qrupda olan insanlarda çox işləmək hisslərində və işdən qovulmaq qorxusunda azalma olduğu, öz işinə daha çox diqqət yetirərək ruhi cəhətdən daha yaxşı hiss etdikləri və işlərindən daha çox məmnun olduqları müəyyən edilib.

Tədqiqatın müəlliflərindən biri, Ruhr Universitetindən dosent Julia Brailovskaia araşdırmanın nəticəsini belə izah edib: "Beynimiz xüsusilə əlimizdəki işdən başqa yerə diqqətimizi çəkən daimi diqqəti yayındırmaları ilə mübarizə aparmaq üçün cəhd edir. Sosial medialarını yoxlamaq üçün işlərini davamlı yarıda qoyan insanlar daha çox çətinlik çəkir".



Әlaqәli Xәbәrlәr