"9 yanvar 2024" tarixinə diqqət

Beynəlxalq Kosmik Stansiyaya (İSS) gedən və bütün Avropanı əhatə edən ilk kommersiya astronavtı missiyası olan “Axiom Mission-3”ün (Ax-3) rəsmi “X” sosial media hesabında edilən paylaşımda yazılır ...

2076686
"9 yanvar 2024" tarixinə diqqət

 

  Türkiyənin ilk kosmik səyahətçisinin 2024-cü il yanvarın 9-da yola düşməsi planlaşdırılır.

  Beynəlxalq Kosmik Stansiyaya (İSS) gedən və bütün Avropanı əhatə edən ilk kommersiya astronavtı missiyası olan “Axiom Mission-3”ün (Ax-3) rəsmi “X” sosial media hesabında edilən paylaşımda yazılır: "Təqvimlərinizə baxın. A3 missiyası yanvarın 9-dan tez olmayan buraxılış tarixinə hazırlaşır. Bizim ümumavropa qrupumuz “SpaceX Dragon” gəmisində kosmik stansiyaya qalxacaq."

  Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır “X” sosial media hesabında "9 yanvar 2024" tarixinə diqqət çəkən video paylaşıb.

  Türkiyənin İlk İnsanlı Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı yanvar ayında kosmik gəmi fəzaya buraxıldıqdan sonra 14 gün İSS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.



Әlaqәli Xәbәrlәr