TRT-AzTV əməkdaşlığında yeni mərhələ
Türkiyedə səfərdə olan Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov Ankarada TRT-nin sədri Mehmet Zahid Sobacı ilə görüşüb.

TRT-nin sədri Mehmet Zahid Sobacı Türkiyedə səfərdə olan Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov ilə Ankarada görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlığın yeni istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb və razılaşma əldə olunub. Bura ortaq bədii və sənədli filmlərin çəkilməsi, cizgi filmlərinin hazırlanması, həmçinin, xəbər sahəsində birgə əməkdaşlıq kimi mühüm məsələlər daxildir. Daha sonra TRT-nin studiyalarına, yaradıcı və texniki mərkəzlərinə baxış olub, təcrübə mübadiləsi aparılıb.
Rövşən Məmmədov Türkiyeyə səfəri çərçivəsində YTB (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı) rəhbəri Abdullah Erenlə də görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq istiqamətləri və AzTV əməkdaşlarının Türkiyedə təhsil məsələləri müzakirə olunub.
Әlaqәli Xәbәrlәr

Dünyanın ən böyük aysberqi hərəkətlənib
Dünyanın ən böyük aysberqi 30 ildən çox okeanın dibində ilişib qaldıqdan sonra hərəkətlənib.