Türkiyenin ilk kosmik gəmisi 2026-cı ildə Aya səyahət edəcək

Bütün proseslərin 2026-cı ildə başa çatdırılması və kosmik gəminin həmin il orbitə buraxılması planlaşdırılır.

2061502
Türkiyenin ilk kosmik gəmisi 2026-cı ildə Aya səyahət edəcək

Türkiyenin ilk kosmik gəmisi 2026-cı ildə Aya səyahət edəcək.

Bu barədə Türkiye Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) məlumat yayıb.

Məlumata əsasən, Sənaye və Texnologiya Nazirliyi, Türkiye Kosmos Agentliyi (TUA) və Qurumun fəaliyyətləri və ölkədəki təşkilatların töhfələri ilə hazırlanan Milli Kosmos Proqramı çərçivəsində Türkiyenin 10 illik plan və hədəfləri müəyyən edilib.

Ay Tədqiqatları Proqramının birinci mərhələsi olan AYAP-1 çərçivəsində Ayın orbitdən tədqiqi və Ay səthi ilə ilk təmasın qurulması, ikinci mərhələdə isə AYAP-2 Layihəsi yumşaq eniş üsulu ilə mobil kəşfiyyat aparatının səthə endirilməsi hədəflənir.

Ay Tədqiqat Proqramının AYAP-1 Layihəsi çərçivəsində Yerdən Ay orbitinə çatan, oradan məlumat toplayan və daha sonra Ay səthi ilə təmas quran kosmik gəmi hazırlanaraq missiya əməliyyatları həyata keçiriləcək. Bundan əlavə, milli resurslarla hazırlanacaq texnologiyalar, məhsullar, proqram təminatı və avadanlıqların müvəffəqiyyəti ilə ölkənin sistem inkişafı və çətin missiya əməliyyatlarını yerinə yetirmək qabiliyyətinə dair beynəlxalq nüfuzu artırılacaq.

AYAP-1 çərçivəsində Türkiyenin ilk “Ay” və “Dərin Kosmos” missiyalarının həyata keçirilməsi və əməliyyat təcrübəsinin qazanılması hədəflənir.

Qeyd edək ki, bu, Türkiyenin ilk Ay missiyasıdır. Bu kontekstdə yerli olaraq hazırlanmış avadanlıqlara qərar verilərkən onun ən azı prototip səviyyəsində olduğu nəzərə alınıb və ustalıq modelinin planlaşdırılması həyata keçirilib.

Bütün proseslərin 2026-cı ildə başa çatdırılması və kosmik gəminin həmin il orbitə buraxılması planlaşdırılır.

 



Әlaqәli Xәbәrlәr