İlk Süni İntellekt Təhlükəsizliyi Sammiti

Böyük Britaniyada dünyanın ilk böyük süni intellekt təhlükəsizliyi sammiti işə başladı

2059388
İlk Süni İntellekt Təhlükəsizliyi Sammiti

 

  Noyabrın 1-də Böyük Britaniyada dünyanın ilk böyük süni intellekt təhlükəsizliyi sammiti işə başladı.

  Dünyanın hər yerindən hökumət rəsmiləri, aparıcı süni intellekt ekspertləri, alimlər və vətəndaş cəmiyyəti nümayəndələri Aİ risklərini qiymətləndirmək və əlaqələndirilmiş beynəlxalq fəaliyyət vasitəsilə bu riskləri azaltmağı müzakirə etmək üçün Milton Keynesdəki “Bletchley Park”da toplaşıblar.

  Süni intellekt sahəsində ilk sammit olan bu tədbirdə süni intellekt modelləri, süni intellektin iqtisadi artıma təsiri, elmi tərəqqinin təşviqi və süni intellektin ictimai fayda üçün istifadəsi kimi mövzular da müzakirə olunacaq.

  Sammitin açılışını edən Böyük Britaniyanın baş naziri Rishi Sunak çıxışında deyib: “Əsas məqsəd süni intellekt sistemlərinin bazara çıxarılmadan əvvəl təhlükəsiz olmasını təmin etmək üçün qlobal təhlükəsizlik yanaşmasını qəbul etməkdir. Süni intellektin potensialı bir çox sahələrdə perspektivli olsa da, xüsusilə tibb sahəsində o, böyük ölçüdə nəzarətsizdir”.

  G-7 ölkələrindən yalnız İtaliya nümayəndəsi - baş nazir Giorgia Meloni iştirak edib.

  Konfransda iştirakı gözlənilən qonaqlar arasında “Tesla”nın baş direktoru İlon Mask da var.

  Britaniya hökuməti sammitdə iştirak edəcək rəsmi qonaq siyahısı ilə bağlı hələlik tam açıqlama verməyib.

  Ağ Ev ABŞ-ın vitse-prezidenti Kamala Harrisin, Birləşmiş Millətlər Təşkilatı (BMT) isə baş katib Antonio Quterreş və mətbuat katibi Stefan Düjarrikin sammitdə iştirak edəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr