Kosmosda ilk dəfə siçan embrionları yetişdirdilər

T.Vakayama sözügedən mövzu ilə bağlı deyib ...

2057911
Kosmosda ilk dəfə siçan embrionları yetişdirdilər

 

  Alimlər Beynəlxalq Kosmik Stansiyada (İSS) ilk dəfə olaraq siçan embrionları yetişdiriblər.

  “New Scientist”in yazdığına görə, tədqiqatın aparıcı müəllifi Teruhiko Vakayama və onun laboratoriyadakı komandası tərəfindən hazırlanmış, dondurulmuş siçan ziqotları 2021-ci ilin avqustunda “SpaceX” raketi ilə İSS-ə göndərilib. Stansiyada astronavtlar 2 hüceyrəli embrion (ziqot) kulturunu ana bətnindən kənarda yaşaya biləcəkləri maksimum müddət olan 4 gün ərzində yetişdirib və kimyəvi maddələrlə xarab olmasın deyə onu yenidən Yerə qaytarıblar.

  Tədqiqatçılar mikroqravitasiya və yüksək radiasiya mühitində yetişdirilən siçan embrionlarında DNT və strukturun pozulmasının müşahidə olunmadığını, döl və plasentanın formalaşmasında normal gedişin aşkar edildiyini bildiriblər.

  Kosmosda yüksək radiasiyanın embrionların DNT ardıcıllığına zərər verməməsi qısamüddətli məruzqalma ilə də izah olunub.

  T.Vakayama sözügedən mövzu ilə bağlı deyib: “Hamilə qadınların Yerdən Marsa 6 aydan çox davam edən səyahətlərə daxilolma ehtimalına qarşı tədbir olaraq bu, prosesin təhlükəsizliyini təsdiqləyən mühüm addımdır. Nəticələr məməli növlərin kosmosda çoxalmasının mümkün olduğuna işarə edir. Mikroqravitasiyada doğumun çətinlikləri hələ müəyyən olunmayıb.

  Hamiləliyin ikinci yarısında NASA tərəfindən 9-11 gün müddətində siçanlar kosmosa göndərilib. Əvvəlki araşdırmalarda hamilə siçanların dünyaya qayıtdıqdan sonra normal inkişafını tamamlayan orta çəkidə körpələr dünyaya gətirdiyi müəyyən edilib”.

  Qeyd edək ki, Vakayama komandası İSS-ə göndərilən embrionların Yerə qayıtdıqdan sonra dişi siçanlara təkrar yeridərək sağlam nəsillər yetişdirmək üçün ayrıca İSS-ə siçan sperması və yumurtalar göndərərək mayalanmanın müvəffəqiyyətini araşdırmağı planlaşdırır.

  Araşdırmanın nəticələri "iScience" jurnalında dərc olunub.  



Әlaqәli Xәbәrlәr