Antarktidada ilk dəfə quş qripi

“The Guardian”ın yazdığına görə ...

2055802
Antarktidada ilk dəfə quş qripi

 

  Antarktidada ilk dəfə quş qripi (H5N1) virusu aşkar edildi.

  “The Guardian”ın yazdığına görə, alimlər H5N1 virusunun Britaniyanın dəniz kənarındakı ərazisinin bir hissəsi olan Quş adasında “zibilçi quş” növündə aşkar edildiyini bildiriblər.

  Tədqiqatçılar qitədə ilk dəfə rast gəlinən virusun Antarktidanın zəngin canlı populyasiyasına dağıdıcı təsir göstərə biləcəyini düşünürlər.

  Britaniya Antarktika Tədqiqat İnstitutundan Eşli (Ashley) Bennison adadakı quşlardan götürülmüş nümunələrin H5N1 üçün müsbət olduğunu bildirib: "Bu, çox acınacaqlı bir vəziyyətdir. Biz adadakı növləri mümkün qədər izləməyə davam edəcəyik. Lakin bu anda virusun tam təsirindən əmin deyilik."

 



Әlaqәli Xәbәrlәr