İlon Mask Bakıdakı tədbirdə onlayn çıxış edib

İlon Mask ona ünvanlanmış “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırıb, hazırda icrası davam edən layihələri haqqında təfərrüatları bölüşüb.

2047216
İlon Mask Bakıdakı tədbirdə onlayn çıxış edib

“SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Azərbaycanın paytaxtı Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulub.

İlon Mask ona ünvanlanmış “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırıb, hazırda icrası davam edən layihələri haqqında təfərrüatları bölüşüb.

İlon Mask qeyd edib ki, “Starship” kosmik gəmisi və “SpaceX”in “Starship” adlanan super ağır raketi ekipaj və yükləri Yer orbitinə, Aya, Marsa və ondan kənara daşımaq üçün nəzərdə tutulmuş tamamilə təkrar istifadə edilə bilən nəqliyyat sistemidir. “Starship” dünyanın indiyə qədər hazırlanmış ən güclü buraxılış aparatıdır, 150 metrik tona qədər tamamilə təkrar istifadə edilə bilən və 250 metrik tona qədər sərf edilə bilən yük daşıya bilir.

İlon Maskın sözlərinə görə, “Starship” gəmisi 3-4 ildən sonra Marsa maneəsiz enə bilər. Gəmi, həmçinin kosmik laboratoriya kimi istifadə oluna bilər. Onun kosmosda istənilən müddətdə qalması mümkündür. Kosmosda uğurlu eksperimentlər aparmaq üçün bütün şərait mövcuddur. “Gün gələcək biz səhər yeməyimizi Los-Ancelesdə, naharımızı Londonda, şam yeməyini isə Sinqapurda edəcəyik”, - deyə İlon Mask əlavə edib.

Musk kainatda tək olub-olmağıdımız və yadplanetlilərin həqiqi olub-olmadığı sualına isə belə cavab verib:

“Mən yadplanetlilərin gerçək olduğuna dair heç bir sübut görməmişəm. Düşünürəm ki, biz yadplanetlilərik. Əgər bəşəriyyət bu böyük qaranlıqda kiçik bir şamdırsa, atəşimizin sönməməsi üçün hər şeyi etməliyik".



Әlaqәli Xәbәrlәr