Şizofreniya və siqaret arasındakı genetik üst-üstə düşmə

Elmi tədqiqat “American Journal of Psychiatry” jurnalında dərc edilib

2043172
Şizofreniya və siqaret arasındakı genetik üst-üstə düşmə

 

  Şizofreniya xəstələri genetik olaraq siqaret çəkməyə meyllidirlər.

  “Medicalxpress” yazır ki, Oslo Universitetinin Psixi Pozuqluqlar üzrə Norveç Tədqiqat Mərkəzindən Linn Rodevandın rəhbərlik etdiyi tədqiqat qrupu şizofreniya ilə ürək-damar xəstəliyi (CVD) risk faktorları arasında əlaqəni araşdırıb.

  Alimlər şizofreniya və KVH risk faktorları, xüsusən də siqaret çəkməyə başlama və bədən kütləsi indeksi arasında geniş genetik əlaqə olduğunu müəyyən etdilər.

  Tədqiqatçılar şizofreniya və siqaret arasındakı genetik üst-üstə düşməni nikotinin asılılığı ilə bağlayıblar.

  Şizofreniya xəstələrinə nikotin daha güclü təsir göstərir, ona görə də onlar nikotin çatışmadığında aqressiv olur və özlərini “siqaret çəkməyi bir növ özünümüalicə vasitəsi” hesab edirlər.    

  Araşdırmada şizofreniya xəstələrinin genetik olaraq aşağı bədən kütlə indeksinə meylli olduqlarına diqqət çəkib. Bundan əlavə, tədqiqat şizofreniya ilə sistolik və diastolik qan təzyiqi, 2-ci tip diabet, lipidlər və koronar arteriya xəstəliyi arasında bir sıra ümumi cəhətlərin olduğunu qeyd olunub.

  Elmi tədqiqat “American Journal of Psychiatry” jurnalında dərc edilib.

  Qeyd edək ki, şizofreniya insanların reallığı anormal kimi şərh etdiyi və reallıq ilə qeyri-reallığı ayırd edə bilmədiyi psixi pozğunluqdur.



Әlaqәli Xәbәrlәr