“Neuralink” insanlar üzərində ilk beyin çipi təcrübəsinə başlayır

“Neuralink” tərəfindən verilən açıqlamada bildirilir ...

2040118
“Neuralink” insanlar üzərində ilk beyin çipi təcrübəsinə başlayır

 

  “SpaceX” və “Tesla Motors”un qurucusu İlon Maskın beyin çipi təşəbbüsü olan “Neuralink” insanlar üzərində ilk təcrübəyə başlayır.

  “Neuralink” tərəfindən verilən açıqlamada bildirilir: “Neuralink”ın müstəqil araşdırma şurasından təsdiq aldıqdan sonra klinik sınaqlarda iflic olan insanlar üçün beyin implantını sınaqdan keçirmək üçün xəstələr axtarırıq. İmplant onurğa beyninin zədələnməsi nəticəsində iflic olan xəstələrdə sınaqdan keçiriləcək”.

  “Neuralink” təxminən 6 il davam edəcək araşdırmanın harada keçiriləcəyini və neçə iştirakçının olacağını açıqlamayıb.

  Amerikalı iş adamı İlon Maska məxsus “Neuralink” şirkəti 2023-cü ilin may ayında beyin çipi layihəsini insanlar üzərində sınaqdan keçirməyə başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) razılıq alıb.   

  Əvvəllər meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürüb.

  Beyin implantının təhlükəsiz olduğu sübut edilsə belə, ekspertlər təşəbbüsün kommersiya istifadəsi üçün təsdiqlənməsinin 10 ildən çox çəkə biləcəyini deyirlər.

  Qeyd edək ki, 2016-cı ildən bəri “Neuralink” şirkətinin məqsədi beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji xəstəlikləri müalicə etməyi və əlil insanların həyat keyfiyyətini yaxşılaşdırmaqdır.

 



Әlaqәli Xәbәrlәr