Çində quşa bənzər dinozavrın qalığı tapıldı

“Nature” jurnalında dərc olunan araşdırma-yazının aparıcı müəllifi, Pekin Onurğalılar Paleontologiyası və Paleoantropologiya İnstitutunun professoru Min Vanq deyib ...

2034877
Çində quşa bənzər dinozavrın qalığı tapıldı

 

  Çinin Fucien əyalətində kiçik, uzunayaqlı, quşa bənzər dinozavrın qalığı tapılıb.

  CNN-in xəbərinə görə, "qəribə Fucien ovçusu" mənasını verən "Fujianvenator prodigiosus" adlı dinozavrın Son Yura dövründə (148-150 milyon il əvvəl) indiki Çinin Fucien əyalətində yaşadığı bildirilib.

  Sözügedən dinozavrın əksər dinozavrlarda görünəndən fərqli olaraq budlarından iki dəfə uzun olan aşağı ayaqları varmış. 

  “Nature” jurnalında dərc olunan araşdırma-yazının aparıcı müəllifi, Pekin Onurğalılar Paleontologiyası və Paleoantropologiya İnstitutunun professoru Min Vanq deyib: “Təxminən 640 qram ağırlığında, qırqovul böyüklüyündə bir dinozavrın kəşfi maraqlıdır və quşların mənşəyi ilə bağlı bəzi boşluqları doldurur.

  Müasir heyvanlarda uzun bir aşağı ayaq sürətli qaça bilən növlərdə görünüb. Bu “Fujianvenator”un yüksək sürətə çata bilən bir qaçışçısıdır bəlkə.

  Bu gün uzun ayaqlar leylək və durna kimi suya yaxın yaşayan quşlarda görünür. “Fujianvenator” da bataqlıq və ya su mühitində yaşamışdır yəqin.

  Bu qalıq digər suda və suda-quruda yaşayan heyvanların, o cümlədən tısbağa və yüngül üzgəcli balıqların fosilləri ilə birlikdə tapılıb və bu, dinozavrın bataqlıqlarda vaxt keçirdiyinə işarə edir.

  Quşa bənzər dinozavrlar ağaclarda yaşayıb və təbiətcə uça bilib. Onların Yura dövründə ikiayaqlı "Theropod" dinozavrları (Tyrannosaurus Rex'in (T-Rex) aid olduğu qrup) nəslindən gəldiyi və erkən təkamül dövründən gəldiyi düşünülür.

 



Әlaqәli Xәbәrlәr