“Space X”in çoxmillətli kosmik komandası təyinat yerinə çatdı

"Crew Dragon" kapsulu avqustun 26-da ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Stansiyasından yerli vaxtla saat 03:27-də “Space X”in “Falcon 9” raketi ilə buraxılıb

2029843
“Space X”in çoxmillətli kosmik komandası təyinat yerinə çatdı

 

  Avqustun 26-da kosmik nəqliyyat şirkəti “Space X” tərəfindən kosmosa göndərilən 4 astronavt Beynəlxalq Kosmik Stansiyaya çatıb.

  CNN-in xəbərinə görə, ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) "Crew-7" missiyasını yerinə yetirmək üçün 4 astronavtın olduğu "Crew Dragon" kosmik gəmisi 1 günlük səfərdən sonra təyinat yerinə çatıb.

  NASA-nın əməkdaşı Jasmin Moqbelinin (Jasmin Moghbeli) rəhbərlik etdiyi yeni komandaya Avropa Kosmik Agentliyindən (ESA) danimarkalı Andreas Mogensen, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən (JAXA) Satoşi Furukava və Rusiya Federal Kosmik Agentliyindən (Roskosmos) Konstantin Borisov daxildir.

  Əvvəlki “Space X” missiyaları arasında mart ayından bəri təxminən 190 gündür stansiyada olan "Ekipaj-6" astronavtlarından ən qarışıq çoxmillətli komandanın vəzifəsini alması 5 gün çəkəcək.

  Astronavtların stansiyada olduqları müddət ərzində pilotlu uçuşlarda bakteriya və göbələklərin yayılma riski, mikroorqanizmlərin stansiyadan kosmosa vakuumla çıxarılması, stansiyada istifadə olunan suyun təkrar emalının təkmilləşdirilməsi və astronavtların yuxu zamanı aşağı cazibə mühitində beyin dalğalarının dəyişməsi prosesləri araşdırılacaq.

  "Crew Dragon" kapsulu avqustun 26-da ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Stansiyasından yerli vaxtla saat 03:27-də “Space X”in “Falcon 9” raketi ilə buraxılıb.



Әlaqәli Xәbәrlәr