Kəşfiyyat peykinin buraxılması üzrə ikinci cəhd uğursuzluqla başa çatıb

Şimali Koreyanın kəşfiyyat peykini buraxmaq üzrə ikinci cəhdi raket daşıyıcısının uçuşunun üçüncü mərhələsindəki problemlər səbəbindən uğursuz başa çatıb.

2028689

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunub ki, fövqəladə detonasiya sistemində xəta baş verib. Daşıyıcı raketin buraxılışı Sohe kosmodromundan həyata keçirilib. Peykin orbitə çıxarılması üçün növbəti cəhd oktyabr ayına planlaşdırılır.

Digər tərəfdən, Cənubi Koreya ordusu raket buraxılış cəhdinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrini pozduğunu bəyan edib.

Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno isə bu təşəbbüsü “sülh və sabitliyə təhlükə” kimi qiymətləndirib.

Qeyd edək ki, Şimali Koreyanın mayın 31-də kəşfiyyat peykini orbitə yerləşdirmək cəhdi vaxtından əvvəl uğursuzluğa düçar olmuşdu.

Әlaqәli Xәbәrlәr