Mətin və sinxron tərcümə edən “SeamlessM4T” təqdim olundu

“Meta”dan verilən açıqlamaya görə ...

2028393
Mətin və sinxron tərcümə edən “SeamlessM4T” təqdim olundu

 

  Amerikanın sosial media və media konqlomeratı “Meta” tərəfindən 100-ə yaxın dili başa düşə, həmçinin tərcümə və transkripsiya edə bilən süni intellekt modeli “SeamlessM4T”ni təqdim olundu.

  “Meta”dan verilən açıqlamaya görə, “SeamlessM4T” müxtəlif dillərdə danışan insanlara bir-biri ilə daha effektiv ünsiyyət qurmağa kömək edəcək.

  “SeamlessM4T” 100-ə yaxın dildə mətndən nitqə, nitqdən mətnə, nitqdən nitqə və mətndən mətnə ​​müxtəlif növ tərcümə edə bilir.

  “Meta” bildirib ki, SeamlessM4T-nin "hamısı bir yerdə sistemi" səhvləri və gecikmələri azaldır, həmçinin tərcümənin keyfiyyətini artırır.

  Qeyd edilib ki, tədqiqatçılar və tərtibatçılar “Meta”nın əvvəlki süni intellekt modellərində olduğu kimi, “SeamlessM4T” üzərində də işləyə bilərlər.

  Xatırladaq ki, “Meta” 2022-ci ildə 200 dili dəstəkləyən, mətindən mətinə ​​çevirə bilən "No Language Left Behind” (NLLB) süni intellekt modelini işə salmışdı.



Әlaqәli Xәbәrlәr