Çankırı Çorakyerler Onurğalı Qalıq Məkanında 100 qalıq tapılıb

Ankara Universiteti Dil, Tarix-Coğrafiya Fakültəsi Antropologiya kafedrasının müdiri, professor Ayla Sevim Erolun sədrliyi ilə Çorakyerler Onurğalı Fosil Məkanında qazıntılar davam edir

2026751
Çankırı Çorakyerler Onurğalı Qalıq Məkanında 100 qalıq tapılıb

 

  Türkiyənin Çankırı rayonunda 2023-cü ilin iyul ayında başlayan və arxeoloji qazıntıların davam etdiyi Çorakyerler Onurğalı Qalıq Məkanında indiyə qədər 8,5 milyon il əvvələ aid təxminən 100 fosil tapılıb.

  Ankara Universiteti Dil, Tarix-Coğrafiya Fakültəsi Antropologiya kafedrasının müdiri, professor Ayla Sevim Erolun sədrliyi ilə Çorakyerler Onurğalı Fosil Məkanında qazıntılar davam edir.

  Çorakyerlerdəki qazıntılarından 8,5-9 milyon il əvvələ aid bir çox növün qalıqları tapılıb.

  Bu il iyulun 10-da başlayan qazıntılar zamanı "hipparion" adlanan at növündən gənc kərgədanın kəllə sümüyü, indiki fillərin əcdadlarının, camışa bənzər buynuzlu mal-qaranın, zürafənin əcdadlarının və çöl keçilərinə bənzəyən heyvanların qalıqları aşkara çıxıb. 

  Arxeoloji qazıntılar sentyabrın ilk həftəsinə qədər davam edəcək.

 



Әlaqәli Xәbәrlәr