“Google”un Türkiyənin ilk qadın dekanı üçün xüsusi "Doodle"u

Alim 1954-cü ildə İstanbul Universitetinin Təbiət Elmləri fakültəsinin dekanı seçilib və Türkiyənin ilk qadın dekanı olub

2024373
“Google”un Türkiyənin ilk qadın dekanı üçün xüsusi "Doodle"u

 

  “Google” astronom və akademik Nüzhet Gökdoğan üçün xüsusi "Doodle" hazırlayıb.

  “Nüzhet Gökdoğanın 113-cü ili” sözləri yazılan “Doodle”da planet və kitab şəkilləri ilə yanaşı Gökdoğanın karikatura şəkli yer alıb.

  “Doodle” tıklandıqda istifadəçilər 14 avqust 1910-cu ildə İstanbulda anadan olmuş Nüzhet Gökdoğan haqqında məlumat və xəbərlərin yer aldığı səhifələrə yönləndirilir.

  Alim 1954-cü ildə İstanbul Universitetinin Təbiət Elmləri fakültəsinin dekanı seçilib və Türkiyənin ilk qadın dekanı olub.

  Xatırladaq ki, “Doodle” tətbiqləri dünya ölkələri üçün mühüm günlərə və bayramlara, mədəni hadisələrə və tarixi şəxsiyyətlərə yer verir. İnternet istifadəçiləri xüsusi hazırlanmış loqonun üzərinə klikləməklə həmin gün, şəxs və ya mövzu haqqında ətraflı məlumat əldə edə bilirlər.



Әlaqәli Xәbәrlәr