Çin “HEAD-3” peyklərini kosmosa göndərdi

“Sinxua” informasiya agentliyinin xəbərinə görə ...

2024429
Çin “HEAD-3” peyklərini kosmosa göndərdi

 

  Çin gəmilərin naviqasiyasını izləmək üçün istifadə edilən, uzaqdan zondlama aparan “HEAD-3” peyklərini kosmosa göndərib.

  “Sinxua” informasiya agentliyinin xəbərinə görə, “HEAD-3” A, B, C, D və E peykləri “Kuaycou-1A” raketi ilə Sıçuan əyalətindəki “Xichang” peyk mərkəzindən orbitə buraxılıb.

  Peyklər planlaşdırılan orbital mövqeyə enib.

  Buraxılış “Kuaycou-1A” ilə 28-ci uğurlu nəqliyyat missiyası olub.

  Qərargahı paytaxt Pekində yerləşən “HEAD Aerospace” şirkəti tərəfindən hazırlanmış və Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası (SAST) tərəfindən istehsal edilən HEAD peykləri gəmilərin Avtomatik İdentifikasiya Siqnallarını (AİS) aşkar edə, yeri və naviqasiya-izləmə məlumatlarını ötürə bilir.

  Mikro ölçülü peyklərin 48 hissədən ibarət "Skywalker" bürclər şəbəkəsinin bir hissəsini təşkil etməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr