Prezident Ərdoğan: "Rəsmi Ankara müdafiə sənayesinin inkişafına böyük əhəmiyyət verir"

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (İDEF) videomüraciətlə çıxış edib.

2015928
Prezident Ərdoğan: "Rəsmi Ankara müdafiə sənayesinin inkişafına böyük əhəmiyyət verir"

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (İDEF) videomüraciətlə çıxış edib.

Dövlət başçısı deyib ki, Türkiye qarşıya çıxan bir çox maneələrə, gizli və açıq embarqolara baxmayaraq, müdafiə sənayesini inkişaf etdirməyə böyük əhəmiyyət verir. Türkiyenin müdafiə sənayesi iş qolu son illərdə bütün dünya tərəfindən heyranlıqla izlənilən bir uğur hekayəsi yazır. Sənayemiz zirehli texnikası, artilleriyası, raketləri, hava hücumundan müdafiə sistemləri, münaqişə zonalarında sınaqdan keçirilən hər cür silah və radar sistemləri ilə öz potensialını bir daha nümayiş etdirdi.

Prezident Ərdoğan Türkiyenin pilotsuz təyyarə texnologiyası sahəsindəki imkanlarını yüksək qiymətləndirib, bu sahədə dünyanın ilk üç ölkəsi arasında olduğunu deyib və bildirib ki, öz döyüş gəmisini istehsal edən 10 ölkədən biri olan Türkiye bu sahədə də mühüm ixracatçı ölkədir.

Türkiyenin müdafiə sənayesində iz qoyacaq 850 fərqli layihəni "həssaslıqla” həyata keçirdiyini söyləyən dövlət başçısı onu da deyib ki, keçən il 4,4 milyard dollarlıq ixracat rəqəminə çatdıq. Bu ilin ilk altı ayında 2,3 milyard dollarlıq rekord ixrac səviyyəsinə nail olduq. 2023-cü ildə hədəfimiz 6 milyard dollardır. Müdafiə sənayesindəki bilik və təcrübəmizi dostlarımızın faydalanması üçün təqdim etməkdən məmnunuq.

İyulun 28-nə qədər davam edəcək ən böyük qlobal müdafiə tədbirlərindən biri olan bu sərgidə quru nəqliyyat vasitələri, silahlar, simulyatorlar, radarlar, sonarlar, dəniz platforması həlləri, aviasiya sistemləri, raketlər, logistika vasitələri, təchizat avadanlığı və təhlükəsizlik sistemləri də daxil olmaqla, bir sıra müdafiə məhsulları nümayiş etdirilir.



Әlaqәli Xәbәrlәr