“İngenuity” “Perseverance” ilə qovuşdu

CNN-in xəbərinə görə...

2007015
“İngenuity” “Perseverance” ilə qovuşdu

 

  Amerika Birləşmiş Ştatlarının (ABŞ) Aeronavtika və Kosmos Agentliyinin (NASA) Marsdakı "Perseverance" aparatında olan "İngenuity" mini helikopteri 63 günlük sükutdan sonra NASA ilə əlaqə saxlayıb.

  CNN-in xəbərinə görə, “Perseverance”in həftələrlə çatacağı yerləri araşdırmaq üçün uçuşlar edən “İngenuity” adlı mini helikopter aprelin 26-da 52-ci uçuşunu həyata keçirərkən 28 iyunda missiyaya nəzarət qrupundan ayrılmışdı.

  Başqa bir planetin ilk təyyarəsi olan “İngenuity”nin təhlükəsiz enib-enmədiyi hələ təsdiqlənməsə də, fəaliyyət göstərdiyi və harada olduğu təyin edilib.

  “İngenuity”nin NASA ilə bütün əlaqəsi “Perseverance” ilə təmin olunur. Güman edilir ki, iki vasitənin arasına girən bir təpəyə görə əlaqə kəsilibmiş.

  "Hazırda “Jezero” kraterində yerüstü nəqliyyat vasitəsi və vertolyotun tədqiq etdiyi ərazi çox bərbad vəziyyətdədir ki, bu da ara-sıra rabitə itkisinə səbəb olur" deyə NASA Reaktiv Sürət Laboratoriyası İxtiraçılıq Qrupunun rəhbəri Coş Anderson bildirib.



Әlaqәli Xәbәrlәr