Türkiyedən şagirdlər İSEF-in elm və mühəndislik yarışmasında mükafat qazanıblar

TÜBİTAK-ın dəstəklədiyi 3 layihə ilə Türkiyedən şagirdlər "Regeneron ISEF" böyük mükafatını, 3 layihənin sahibi şagirdlər isə xüsusi mükafata layiq görülüblər.

1989119
Türkiyedən şagirdlər  İSEF-in elm və mühəndislik yarışmasında mükafat qazanıblar

Türkiye Elm və Texnologiya Komitəsinin (TÜBİTAK) dəstəklədiyi 3 layihə ilə Türkiyedən şagirdlər "Regeneron ISEF" böyük mükafatını, 3 layihənin sahibi şagirdlər isə xüsusi mükafata layiq görülüblər.

Qaziantep şəhərindən şagirdlər Sude Naz Gülşen və Ekin Asyalı kimya sahəsində keçirilən müsabiqədə həm birinci yerə, həm də "Sigma Xi" (The Scientific Research Honor Society Third Physical Science Award) xüsusi mükafatına layiq görülüblər.

Biyokimya sahəsində keçirilən yarışmada Balıkəsirdən Azra Demirkapılar və Aslı Ece Yılmaz üçüncülük mükafatını qazanıblar.

Robototexnika və Ağıllı Maşınlar üzrə üçüncülük mükafatını qazanan İstanbuldan İrem Duran, İbrahim Utku Derman və Kerem Arslan da "ISEF" böyük mükafatına layiq görülüblər.

Kocaelidən Ahmet Kağan Altay isə "King Fahd University of Petroleum and Minerals" (KFUPM) xüsusi mükafatına layiq görülüb.

İzmirli Arda Yeşilyurt və Selin Yılmaz material elmi (Materials Science) sahəsindəki layihələrinə görə TÜBİTAK xüsusi mükafatını qazanıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabından etdiyi paylaşımda "Beynəlxalq Regeneron ISEF Elm və Mühəndislik" müsabiqəsində mükafat qazanan gəncləri təbrik edib.



Әlaqәli Xәbәrlәr