Geoffrey Hintonun: “Süni intellektin inkişafı təhlükəlidir”

“Süni intellektin atası” kimi tanınan Kompüter mühəndisi Geoffrey Hinton süni intellektin təhlükələri barədə danışmaq üçün Google-dakı işindən ayrıldığı açıqlayıb

1981615
Geoffrey Hintonun: “Süni intellektin inkişafı təhlükəlidir”

New York Times-a müsahibə verən Hinton, süni intellektdəki irəliləyişlərin cəmiyyət və insanlıq üçün dərin risklər yaratdığına diqqət çəkib.

Hinton: “Süni intellektdə çatılan mərhələ 5 il əvvələ müqayisədə qorxuducudur. Bu belə davam edərsə çox təhlükəli vəziyyət ilə üz-üzə gəlinə bilər. Texnoloji nəhəngləri arasındakı rəqabət, şirkətləri təhlükəli sürətlə yeni texnologiyalar yaradmağa və bu sahədə irəliləyişə, dezinformasiyaya sövq edir. Pis aktyorların süni intellektdən pis şeylər üçün istifadə etmələrinin qarşısını almaq çətindir”.

Qeyd edək ki, 2022-ci ildə Google və OpenAI (süni intellekt chatbot ChatGPT-nin arxasında duran müəssisə) əvvəlkindən daha böyük həcmdə məlumatdan istifadə edən sistemlər qurmağa başlayıblar.



Әlaqәli Xәbәrlәr