Keniya ilk Yer müşahidəçi peyki ilə tarixə düşdü

Keniya Kosmik Agentliyindən (KSA) verilən məlumatda bildirilir...

1975523
Keniya ilk Yer müşahidəçi peyki ilə tarixə düşdü

 

  Keniya kosmosa ilk Yer müşahidə peykini buraxdı və tarixə düşdü

  Keniya Kosmik Agentliyindən (KSA) verilən məlumatda bildirilir: “ABŞ-ın “SpaceX” şirkətinə aid “Falcon-9” raketi ilə Yer orbitinə çıxarılan "Taifa-1" adlı peyk Keniyanın ilk Yer müşahidəçi peyki olaraq tarixə düşdü”.

   Əlverişsiz hava şəraiti səbəbindən iki uğursuz cəhddən sonra orbitə buraxılan peyk hər 4 gündən bir ölkə üzərində uçacaq və kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, təbii ehtiyatların idarə edilməsi və ətraf mühitin monitorinqi məqsədləri üçün istifadə olunacaq.

  Peyk məlumatlarının qarşıdakı aylarda gəlməsi gözlənilir, bununçün ekspert qrupu yaradılıb.

  371 milyon dollara başa gələn peyk məlumatlarından dövlət qurumları ilə yanaşı, özəl qurumların da faydalana biləcəyi qeyd edilib.

  Qeyd edək ki, 2017-ci ildə yaradılan Keniya Kosmik Agentliyi ilk miniatür peykini 2018-ci ildə orbitə buraxıb. 2022-ci ilin sonuna qədər isə 14 Afrika fəzaya 52 peyk buraxıb.



Әlaqәli Xәbәrlәr