“Günəşin ən böyük mozaikası üçün şəkilləri yorğan kimi birləşdirdik”, E.MakKarti

Sözügedən mövzu ilə bağlı E.MakKarti deyib...

1971212
“Günəşin ən böyük mozaikası üçün şəkilləri yorğan kimi birləşdirdik”, E.MakKarti

 

  Astrofotoqraflar Endryu MakKarti (Andrew McCarthy) və Ceyson Quenzel (Jason Guenzel) 90.000 fotoşəkli birləşdirərək Günəşin ən böyük mozaikasını yaradıblar.

  “Livescience” xəbər verir ki, bu iki astrofotoqraf ABŞ Aerokosmik Agentliyinin (NASA) öz çərçivələrindən və fotolarından, o cümlədən Guenzelin 2017-ci ildə tam Günəş tutulması zamanı çəkdiyi şəkillərdən istifadə edərək Günəşin səthinin mozaikasını yaradıb.

  Fotoların bəziləri NASA-nın 1995-ci ildə Avropa Kosmik Agentliyi (ESA) ilə əməkdaşlıq edən Günəş və Heliosfer Rəsədxanası (SOHO) teleskopundan götürülüb.

  MakKarti və Guenzel "Helios Fusion" adlandırdıqları təsviri yaratmaq üçün təxminən 90.000 peyk fotoşəklini birləşdiriblər.

  Sözügedən mövzu ilə bağlı E.MakKarti deyib: "Astrofotoqrafiyanın ənənəvi qaydalarını pozaraq Günəş ulduzumuzun hiper-dəqiq təsvirini yaratmaq üçün həm elmi, həm də sənəti birləşdirərək sərhədləri aşdıq. Biz Günəşin tam mozaikasını yaratmaq istədik. Kompüter proqramı ilə 90.000 şəkli yorğan kimi birləşdirdik. Mozaikada günəşin səthindən sıçrayan nazik tikanlı plazma reaktivləri və təxminən 14 Yer ölçüsündə nəhəng plazma qasırğası da var”.



Әlaqәli Xәbәrlәr