Antarktidada buz kütlələri gözləniləndən daha tez əriməkdədir

Mövzu ilə bağlı BBC-yə açıqlama verən İngiltərənin Nyukasl (Newcastle) Universiteti alimi Kristin Batçelor (Christine Batchelor) deyib...

1971189
Antarktidada buz kütlələri gözləniləndən daha tez əriməkdədir

 

  Antarktidada buz təbəqələrinin gözləniləndən daha tez əriyə biləcəyi açıqlanıb.

  “Nature” jurnalında dərc olunan elmi məqalədə İngiltərənin Nyukasl (Newcastle) Universitetinin bir qrup alimi qlobal dəniz səviyyəsinin qalxmasından bəhs edilib.

  Tədqiqatda Norveç dəniz dibi və dənizdəki buz təbəqələri araşdırılıb.

  Alimlər müəyyən ediblər ki, Norveç sahillərindəki buz təbəqələri hər gün 600 metrə qədər geri çəkilir.

  Araşdırmalar nəticəsində Antarktidadakı buzlaq kütlələrinin gündə 30 metrdən çox geri çəkildiyi bildirilib.

  Bundan əlavə, tədqiqatda iqlim dəyişikliyi səbəbindən Antarktidada buz təbəqələrinin əriməsinin okeanlarda suyun səviyyəsinin təxminən 1 santimetr yüksəlməsinə səbəb olduğu qeyd edilib.

  Araşdırmanın nəticəsinin Qrenlandiya və Antarktidadakı buzların nə qədər sürətlə əriyə və qlobal dəniz səviyyəsini yüksəldəcəyinə aydınlıq gətirəcəyi bildirilir.

  Mövzu ilə bağlı BBC-yə açıqlama verən İngiltərənin Nyukasl Universiteti alimi Kristin Batçelor (Christine Batchelor) deyib: “Temperatur artımı bu şəkildə davam edərsə, buz kütlələri gözləniləndən daha qısa müddətdə əriyə və okean sularının yüksəlməsinə səbəb ola bilər”.



Әlaqәli Xәbәrlәr