25 milyon il yaşamış naməlum kisəli heyvan qalıqları tapıldı

Heyvanın kəllə, sümük və çənə parçaları Avstraliyanın mərkəzindəki Alis Sprinqs (Alice Springs) yaxınlığındakı ərazidə tapılıb

1967088
25 milyon il yaşamış naməlum kisəli heyvan qalıqları tapıldı

   Avstraliyada təxminən 25 milyon il öncə qitədə dolaşmış, əvvəllər elmə məlum olmayan qədim kisəli heyvan (marsupial) izlərini tapıblar.

  Vombat (wombat) və kisəli şir qarışığı kimi təsvir edilən, “Mukupirna fortidentat a” adı verilən vəhşi heyvanın çəkisinin 50 kq.-a qədər olduğu güman edilir.

  Heyvanın kəllə, sümük və çənə parçaları Avstraliyanın mərkəzindəki Alis Sprinqs (Alice Springs) yaxınlığındakı ərazidə tapılıb.

  Tədqiqatçılar hesab edir ki, tapıntı müasir kisəli heyvanların necə təkamülə uğradıqlarına işıq salır.

  Alim Artur Kriçtonun (Arthur Crichton) fikrincə, məxluq müasir vombatlarla ortaq əcdada malikdir və “Thylacoleo carnifex” kimi tanınan kisəli aslana bənzəyir.



Әlaqәli Xәbәrlәr