Tayvanın "Formosat-5" peyki zəlzələ bölgəsinə fokuslanaraq ətraflı müşahidələr aparıb

Tayvanın yerdən müşahidə peyki "Formosat-5" tərəfindən çəkilmiş fotoşəkillərlə "Sentinel Asia" sistemi vasitəsilə fəlakət tədqiqatları üçün məlumatlar əldə edilir.

1945750
Tayvanın  "Formosat-5" peyki zəlzələ bölgəsinə fokuslanaraq ətraflı müşahidələr aparıb

Tayvanın yerdən müşahidə peyki "Formosat-5" tərəfindən çəkilmiş fotoşəkillərlə "Sentinel Asia" sistemi vasitəsilə fəlakət tədqiqatları üçün məlumatlar əldə edilir. 

Tayvan Kosmos Agentliyi TASA iki gündən bir dünya ətrafında dövr edən peykin 7, 9 və 11 fevral tarixlərində Türkiye üzərindən keçərkən zəlzələ bölgəsinə fokuslanaraq ətraflı müşahidələr apardığını açıqlayıb.

Tayvanlı mütəxəssislər peykin fevralın 9-da çəkdiyi fəlakət bölgəsinin fotoşəkilləri ilə Avropa Kosmik Agentliyinin ESA-nın "Sentinel-2" peyki tərəfindən yanvarın 25-də eyni bölgədə çəkilmiş fotoşəkilləri müqayisə edərək, yerin sınıqlarını və dağılmış binaları müqayisə ediblər. Kahramanmaraşda təxminən 187 hektarlıq bir ərazinin fotoşəkilləri çəkilib və potensial fəlakət sahələri müəyyən edilib.

Şəkillərdə apardıqları müqayisə ilə təhlükəsiz əraziləri də müəyyən edən mütəxəssislər təcili sığınacaqların qurula biləcəyi əraziləri də ortaya qoyub.

Mütəxəssislər peyk fotolarını müqayisə edərək bölgədəki tektonik plitələrin hərəkətini də təhlil ediblər.

Komandanın analizi nəticəsində məlum olub ki, fəlakətin təsirləri afterşoklarla genişlənib.

TASA agentliyi 29 ölkə və regiondan 96 müəsissə, 17 beynəlxalq təşkilatın üzvü olan “Sentinel Asya” sistemi vasitəsilə fotoşəkillərlə bağlı analiz nəticələrini tərəfmüqabillərilə paylaşıb.

AFAD da Sentinel Asia sisteminin üzvüdür.

Peykin bu gün də fəlakət bölgəsinin üzərindən keçərkən yeni məlumatlar toplaması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr