HÜRJET dünyanın diqqət mərkəzindədir

Türkiyenin müdafiə sənayesi dünyanın da diqqətini çəkir.

1941659
HÜRJET dünyanın diqqət mərkəzindədir

Türkiyenin müdafiə sənayesi dünyanın da diqqətini çəkir.
Almaniyada nəşr olunan aviasiya və uçuş jurnalı “Flugrevue” Türkiyenin milli imkanlarla hazırladığı təlim və yüngül hücumçu təyyarəsi HÜRJET-lə bağlı xəbər yayıb.
Jurnalda HURJET-in texniki xüsusiyyətlərinə toxunulub və Türkiyenin aerokosmik sənayesi TUSAŞ-ın öz imkanları ilə layihəyə 2017-ci ildə başladığı vurğulanıb.
Xəbərdə ilk uçuşun "18 Mart 1915 Çanaqqala Zəfəri" münasibəti ilə martın 18-də həyata keçirildiyi bildirilib və HURJET-in Almaniyaya ixrac oluna biləcəyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr