Antarktida buzlağından nəhəng aysberq ayrılıb

Antarktidada nəhəng aysberqlərdən biri buz şelfindən qopub.

1937453
Antarktida buzlağından nəhəng aysberq ayrılıb

Antarktidadakı Brunt buz şelfindən nəhəng aysberqin ayrılması peyk görüntülərində əks olunub.

İngiltərənin Antarktida Araşdırması Xidmətinin məlumatına əsasən, nəhəng buz dağının tutduğu sahə təxminən 1550 kvadrat kilometr təşkil edir.

Bildirilir ki sözmövzusu qopma iqlim dəyişikliyinə görə yox, buz parçalanması kimi tanınan təbii prosesə görə olub.

Qeyd edək ki, alimlər 10 il əvvəl qalınlığı 150 metr olan Brunt Buz Şelfindən ayrılan 1550 kvadrat kilometrlik buz kütləsində böyük çatlar əmələ gəldiyini aşkar etmişdilər.



Әlaqәli Xәbәrlәr