AzTV-nin daha 12 əməkdaşı TRT-də təlim keçir

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin daha 12 əməkdaşı Türkiye Radio Televiziya Qurumuna (TRT) təlimə göndərilib.

1922443
AzTV-nin daha 12 əməkdaşı TRT-də təlim keçir
AZTV-egitim
AZTV-egitim

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin daha 12 əməkdaşı Türkiye Radio Televiziya Qurumuna (TRT) təlimə göndərilib.

Onlar 2 həftə müddətində TRT-nin Təlim və Araşdırma Departamenti tərəfindən həyata keçirilən “Qabaqcıl Multimedia Texnikasına dair Yerində Təlim” proqramı çərçivəsində təşkil olunan təlimlərdə iştirak edirlər.

Qeyd edək ki, layihə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, QSC-nin Beynəlxalq Əlaqələr Departamentinin təşkilatçılığı ilə keçirilir.

TRT-nin Təlim və Araşdırma Departamenti tərəfindən ilk belə təcrübə mübadiləsi 06-20 mart 2022-ci il tarixlərində AzTV-də təşkil olunub. Müxbir və redaktorlar, rejissorlar, operator, prodüserlərərin cəlb olunduğu tədris prosesi TRT-nin aparıcı mütəxəssisləri tərəfindən aparılıb. Daha sonra isə 23 may-3 iyun 2022-ci il tarixlərində QSC-nin 6 əməkdaşı (müxbir, sosial media mütəxəssisi, rejissor, operator, işıqçı, montajçı) iki həftə ərzində Ankaradakı təlimlərdə iştirak ediblər.

AzTV əməkdaşlarının TRT-yə səfəri bu təlimlərin davamlılığını təmin etmək, həmçinin səmərəliliyini artırmaq məqsədi daşıyır. Təcrübə mübadiləsi və təlimlərin 2023-cü ildə də davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, dekabrın 18-də başlayan təlim proqramı dekabrın 30-da başa çatacaq.



Әlaqәli Xәbәrlәr