2022-ci ilin Nobel mükafatları sahiblərinə təqdim edildi

Stokholm Konsert Evində keçirilən mərasimdə fizika, tibb, kimya və iqtisadiyyat sahələrində mükafatlar verilib

1917380
2022-ci ilin Nobel mükafatları sahiblərinə təqdim edildi

 

  İsveçin paytaxtı Stokholmda keçirilən mərasimdə 2022-ci ilin Nobel mükafatları təqdim edilib.

  Stokholm Konsert Evində keçirilən mərasimdə fizika, tibb, kimya və iqtisadiyyat sahələrində mükafatlar verilib.

  Oktyabrda elan edilən Nobel mükafatları dekabrın 10-da dahi fizik Alfred Nobelin xatirə günündə təqdim olunub.

  Alen Aspekt (Alain Aspect), Con Klauzer (John Clauser), Anton Tsaylinqer (Anton Zeilinger) fizika, Karolin Bertotsi (Carolyn Bertozzi), Morten Meldal və Barri Şarpless (Barry Sharpless) kimya, Svante Paabo tibb, Ben Bernanke, Duqlas Daymond (Douglas Diamond) və Filip Dibviq (Philip Dybvig) iqtisadiyyat üzrə Nobel mükafatı alıblar. Bundan başqa, alimlərə Nobel medalı, diplom və təqribən 900.000 avro məbləğində pul mükafatı da verilib.

  Qeyd edək ki, mərasimə Rusiya və Belarus rəsmiləri dəvət edilməyib.

  Xatırladaq ki, “Covid-19” epidemiyası səbəbindən 2020 və 2021-ci illərdə Nobel mükafatı mərasimləri keçirilməyib.



Әlaqәli Xәbәrlәr