Türkcə Yetərlik İmtahanı (TYS) üçün müraciətlər

Yunus Əmrə İnstitu tərəfindən türk dilini xarici və ya ikinci dil olaraq öyrənənlər üçün təşkil edilən Türkcə Yetərlik İmtahanı (TYS) üçün müraciətlər dekabrın 21-də başa çatacaq.

1916477
Türkcə Yetərlik İmtahanı (TYS) üçün müraciətlər

Yunus Əmrə İnstitu tərəfindən türk dilini xarici və ya ikinci dil olaraq öyrənənlər üçün təşkil edilən Türkcə Yetərlik İmtahanı (TYS) üçün müraciətlər dekabrın 21-də başa çatacaq.

TYS-nin verdiyi açıqlamaya görə, türk dili üçün beynəlxalq səviyyədə təsdiqlənmiş yeganə imtahan olan TYS institutun yerləşdiyi bütün ölkələrdə 14 yanvarda eyni vaxtda keçiriləcək.

İştirakçıların "Oxuma, Dinləmə, Yazma və Danışma (Müstəqil Danışıq, Qarşılıqlı Danışıq)" hissələrindən ibarət bacarıqlarının ölçüləcəyi imtahan ümumilikdə 210 dəqiqə davam edəcək və 3 seansda keçiriləcək.

Uğurlu olan namizədlərə ALTE Keyfiyyət Ordeni ilə beynəlxalq səviyyədə etibarlı Türk Yetərlik Sertifikatı veriləcək və bu şəxslər Türkiyedəki bir qurumda təhsil almaq hüququ əldə etdikdə türkcə hazırlıq sinifində təhsil almaqdan azad olunacaqlar.

Türkcə Yetərlik İmtahanı, türkcə dil biliklərinizi ölçən və sənədləşdirən bir imtahandır. Türkcə Yetərlik İmtahanında müvəffəqiyyətli olduğunuz təqdirdə Türkiyədəki universitetlərdə dil hazırlıq kursundan azad ola bilər; bir çox iş görüşməsində, dil testlərinə girmədən türkcə biliklərinizi sübut edə bilər və akademik karyera məqsədiniz üçün istifadə edə bilərsiniz. İmtahanlar haqqında məlumatı “tys.yee.org.tr” ünvanından əldə edə bilərsiniz.



Әlaqәli Xәbәrlәr