İsveçrə buzlaqların əriməsi təhlükə siqnalı verir
İsveçrə Elmlər Akademiyasının (SCNAT) apardığı elmi araşdırmada builki hava şəraitinin iqlim dəyişikliyi səbəbindən buzlaqların əriməsinə təsiri araşdırılıb
![İsveçrə buzlaqların əriməsi təhlükə siqnalı verir](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/9fed/7d1f/4169/633438b31e617.jpg?time=1722045983)
İsveçrə Elmlər Akademiyasının (SCNAT) apardığı elmi araşdırmada builki hava şəraitinin iqlim dəyişikliyi səbəbindən buzlaqların əriməsinə təsiri araşdırılıb.
2022-ci ilin İsveçrə buzlaqları üçün "fəlakətli il” olduğu bildirilən araşdırmaya görə, ilin əvvəlindən buzlaqların 6 faizi əriyib və 2003-cü ildən bəri ən yüksək buzlaq əriməsi qeydə alınıb.
Buzlaqların 3 kub kilometri əriyib ki, bu miqdar 3 trilyon litr suya bərabərdir.
Əvvəlki SCNAT buzlaq tədqiqatlarında buzlaqların illik ərimə sürətinin 2 faiz qeyd edilməsi belə "fövqəladə hal" kimi yazılmışdı.
Avqustun 22-də Sürix Federal Texnologiya İnstitutunun saytında dərc edilən araşdırmada 1931-ci ildən 2016-cı ilə qədər Alp dağlarında təxminən 1400 buzlaqın ümumi həcmini yarıya qədər itirdiyi bildirilib.
İqlim dəyişikliyinin buzlaqların əriməsini sürətləndirdiyinə diqqət çəkən araşdırmada buzlaqların təkcə 2010-cu ildən 2016-cı ilə qədər 12 faizinin əridiyi qeyd edilib.
İsveçrə hökuməti buzlaqların əriməsinin artmasının qarşısını almaq üçün 3,2 milyard İsveçrə franklıq tədbirlər paketi hazırlayıb.
Әlaqәli Xәbәrlәr
![Meşə yanğınlarını proqnozlaşdıran süni intellekt hazırlanıb](http://cdn.trt.net.tr/images/medium/rectangle/22f9/7400/adb1/65e82e6e64eb3.jpg?time=1722045983)
Meşə yanğınlarını proqnozlaşdıran süni intellekt hazırlanıb
Meşə yanğınlarını proqnozlaşdırmaq üçün "cWGAN" adlı yeni süni intellekt modeli hazırlanıb