TUSAŞ öz məhsullarını Cənubi Afrikada keçiriləcək sərgidə nümayiş etdirəcək

TUSAŞ öz məhsullarını 21-25 sentyabr tarixlərində Cənubi Afrikada keçiriləcək Afrika Aerokosmik və Müdafiə Sərgisində nümayiş etdirəcək.

1881746
TUSAŞ öz məhsullarını Cənubi Afrikada keçiriləcək sərgidə nümayiş etdirəcək

Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) öz məhsullarını 21-25 sentyabr tarixlərində Cənubi Afrikada keçiriləcək Afrika Aerokosmik və Müdafiə Sərgisində nümayiş etdirəcək.

TUSAŞ-dan verilən yazılı açıqlamaya görə, beynəlxalq tanıtım fəaliyyətlərinə bir yenisini əlavə edəcək şirkət Cənubi Afrikanın Pretoriya bölgəsindəki Vaterkloof Hava Bazasında təşkil olunacaq sərgiyə qatılacaq.

Türkiyenin aviasiya ekosisteminin lider şirkəti olaraq inkişaf etdirdiyi hava platformaları və kosmos layihələrini stendini ziyarət edəcək heyətlərə təqdim edəcək şirkət "Milli Muharip Təyyarə", "Aksungur", "Atak", "Hürjet", "Hürkuş-C", "Anka", "Small GEO" və "Göktürk"  ilə sərgidə öz yerini alacaq.



Әlaqәli Xәbәrlәr