“Starlink” peyklərinin növbəti qrupu orbitə göndərildi

“SpaceX” kompaniyasının saytında yerləşdirilən məlumata görə...

1878408
“Starlink” peyklərinin növbəti qrupu orbitə göndərildi

 

  11 sentyabr səhəri “SpaceX” kompaniyasının “Falcon 9” raket daşıyıcısı qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb. Kompaniyanın saytında yerləşdirilən məlumata görə, yaxın yerətrafı orbitə daha 34 mini-peyk göndərilib. Daşıyıcı raket şənbə günü yerli vaxtla saat 21:20-d (Türkiyə vaxtı ilə bazar günü 04:20) Kanaveral burnundakı (Florida ştatı) kosmodromun start kompleksindən buraxılıb. Bu, 2019-cu ilin mayından bəri “Starlink” internet peyklərinin orbitə çıxarılan sayca 60-cü qrupudur və hazırda onların ümumi sayı 3,3 minə çatıb.

  Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, internet peyklərinin buraxılışı və istismarı 10 milyard dollara başa gələcək.

  Hazırda “Starlink” peyk şəbəkəsi dünyanın 40 ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına əsasən, həmin peyklərin xidmətindən amerikalı hərbçilər də fəal istifadə edirlər.



Әlaqәli Xәbәrlәr