Yaponiya alimləri dad artıran yemək çubuğu icad edib

Meiji Universitetinin professoru Miyashita Homei içki istehsalçısı “Kirin Holdings” ilə əməkdaşlıqda elektriklə stimullaşdırılan, biləkdə taxılan mini-kompüterdən istifadə edərək dad artıran yemək çubuğu hazırlayıb

1814763
Yaponiya alimləri dad artıran yemək çubuğu icad edib

 

  Yaponiya alimləri yeməklərdə natrium istehlakını azaltmaq üçün duzlu dadları artıran kompüter avtomatlaşdırılmış çubuqlar hazırlayıblar.

  Meiji Universitetinin professoru Miyashita Homei “Kirin Holdings” şirkəti ilə əməkdaşlıq nəticəsində elektriklə stimullaşdırılan, biləyə taxılan mini-kompüterdən istifadə edərək dad artıran yemək çubuğu hazırlayıb.

  İcad edilən cihazın natrium ionlarını çubuqlar vasitəsilə ağıza çatdırmaq üçün zəif elektrik cərəyanından istifadə etdiyini bildirən Miyaşita duzlu ləzzətlərin 1,5 qat daha çox hiss edildiyini qeyd edib.

  Şirkətin nümayəndəsi Sato Ai də sözügedən mövzu ilə bağlı deyib: “Həddindən artıq natrium istehlakı yüksək təzyiq və insult da daxil olmaqla, bir sıra xəstəliklərə səbəb olur. Bunların qarşısını almaq üçün duz qəbulunu azaltmalıyıq. Əgər duzu normal yollarla azaltsaq, yeməklərimizdən sevimli xörəklərimizi çıxarmalı və yüngül şeylərlə keçinməliyik. Ənənəvi yeməklərimizdəki duz miqdarı nəzərə alınaraq dadartırıcı çubuqların Yaponiyada geniş şəkildə istifadə oluna biləcəyinə ümid edirik”.

  Qeyd edək ki, Yaponiyada böyüklər gündə 10 qram duz qəbul edir ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsindən iki dəfə çoxdur.

  Təkmilləşdirilmiş yemək çubuqlarının 2023-cü ildən istehsala buraxılacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr