ABŞ-da daha bir ilk yaşandı

ABŞ-da ilk dəfə olaraq “Black Hawk” helikopteri pilotsuz uçuş reallaşdırdı

1775808
ABŞ-da daha bir ilk yaşandı

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Layihələri Araşdırma Agentliyi (DARPA) və Skorsky şirkətinin birgə  məhsulu olan Skorsky markalı UH-60 Alpha model “Black Hawk” helikopteri ilk pilotsuz uçuşunu reallaşdırıb.

Skorsky İnnovasiyalar üzrə Direktoru İqor Çerepinski mətbuat konfransında  bu barədə danışıb. Qeyd edib ki, UH-60 Alfa “Black Hawk” helikopteri fevralın 5 və 7-də  olmaqla iki pilotsuz uçuş reallaşdırıb. Daha əvvəlki sınaqlarda tədbir məqsədli  olaraq vertolyotda bir pilotun olduğunu ifadə edən Çerepinski: “Helikopterdə 210 Switch adlı açar var. Vertolyotdakı insanların sayı bura daxil edilir. Biz ora ekibpaj sayını sıfır yazdıq. Beləcə helikopter Kentukki ştatında Fort Kempbell üzərində 30 dəqiqə pilotsuz uçmağı bacardı. İkinci uçuş isə daha qısa oldu. Hər iki uçuş da təhlükəsiz tamamlanıb”.

DARPA və Skorsky şirkətinin 160 milyon dollar sərməyə yatırdığı  layihənin ilin sonuna dək tamamlayacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr